18 aya 5 oyun keçirən futbolçunu transfer etməyə dəyərmi?
03.02.2011 - 00:02
Azərbaycanlı qapıçı Vitali Kovalyovun Türkiyə karyerası başa çatdı. Apasport.az saytının məlumatına görə, 2009-cu ilin yazında Yevlaxın “Karvan” klubundan kənarlaşdırıldıqdan sonra legioner həyatı yaşamağa üstünlük verən futbolçu vətənə qayıdıb.
Bundan sonra “Neftçi”nin şərəfini qoruyacaq Vitalinin 18 aylıq Türkiyə macəraları isə fiasko ilə nəticələnib. Belə ki, Bank Asiya I Liqaya oynamaq ümidi ilə yollanan veteran qapıçı gününü ehtiyat oyunçular skamyasında keçirib.
Belə ki, o, aşağı dəstənin iddiasız klubu “Kartalspor”a da lazım olmayıb. Bunun nəticəsidir ki, 18 ay ərzində həmyerlimiz vur-tut 5 rəsmi matçda meydana çıxıb. Yəni il yarımı əhatə edən müddətdə 450 dəqiqə meydanda olan qapıçımız orta hesabla ayda 25 dəqiqə meydanda olub.
Əslində, bu matçların hamısı 2009/10 mövsümünə təsadüf edib. “Karşıyaka” ilə oyunda uğurlu debüt edən Vitali ardıcıl 2 oyun qol buraxmayıb. Lakin 2010-cu il mayın 2-də baş tutan “Samsunspor”la matç veteran üçün sonuncu olub. Bu matç da 266 gün əvvələ təsadüf edib. Həmin qarşılaşmada 3 top buraxdıqdan sonar Kovalyov öz yerini tapıb: Təəssüf ki, ehtiyat oyunçular skamyasında. Cari mövsüm isə ona ümumiyyətlə şans verilməyib.
Kovalyov “Kartalspor”da
2009/10 mövsümü
“Karşıyaka” – “Kartalspor” – 0:1 – 90 dəqiqə (Türkiyə mətbuatından 2 ulduz)
“Kartalspor” – “Mersin İdman Yurdu” – 0:0 – 90 dəqiqə (Türkiyə mətbuatından 2 ulduz)
“Hacettepe” – “Kartalspor” – 3:1 – 90 dəqiqə (Türkiyə mətbuatından 1 ulduz)
“Kartalspor” – “Boluspor” – 2:1 – 90 dəqiqə (Türkiyə mətbuatından 3 ulduz)
“Kartalspor” – “Samsunspor” – 2:3 – 90 dəqiqə (Türkiyə mətbuatından 1 ulduz)

0
0