Rəşad Sadıqov: İmkanım olsa, bu dəqiqə gedərəm
03.02.2011 - 00:09
“Milli komandanıza düşərgəsinə fevralın 6-da gələcəyəm. “Qalatasaray”la oyundan dərhal sonra yığmamızın Dubaydakı təlim-məşq toplanışına yollanacağam”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov deyib.
Ötən ilin avqustundan Türkiyənin “Əskişəhərspor” klubunda oynayan 29 yaşlı müdafiəçi FİFA qaydalarına görə Macarıstanla fevralın 9-da yoldaşlıq görüşünə 2 sutka qalmış millinin düşərgəsinə gəlməlidir.
Rəşadın klubunda son vaxtlar oynamadığı üçün işləri yaxşı getməsə də, milliyə yüksək əhval-ruhiyyədə gələcək: “Yığmanın düşərgəsinə getməyi səbirsizliklə gözləyirəm. İmkanım olsa, bu dəqiqə gedərəm. Çünki atmosferi dəyişməyə ehtiyacım var. Millidə dostlarım çoxdur. Türkiyə üzərində ötən ilin oktyabrındakı qələbədən sonra onlarla heç görüşməmişəm, komanda ilə bir yerdə olmamışam. Bilirəm ki, millidə ab-hava yaxşıdır. Macarıstan yığması haqda elə bir informasiyam yoxdur. Hansı futbolçusunun gəlməyəcəyini, baş məşqçilərinin iddialı danışması haqda eşitmişəm. Toplanışa gələndən sonra 2-3 gün vaxt olacaq. Yəqin ki, bu müddətdə rəqibin oyunu izləyib, təhlil edəcəyik”.
Sadıqov Macarıstanla oyunda qələbə üçün əllərindən gələni edəcəklərini bildirib: “Bununla əhval-ruhiyyəmizi daha da artırmağa çalışacağıq. Bu, gələn ay Belçika ilə səfərdəki çətin rəsmi oyun öncəsi çox vacibdir. Həmin görüş öncəsi son oyuna çıxacağıq. Bu, bizim üçün əsl sınaq olacaq. Macarıstanla görüşdə əsas məqsəd yaxşı mübarizə oyun göstərib, məğlub olmamağı çalışmaqdır. Azarkeşlərimiz 12-ci oyunçumuzdur. Ancaq qarşıdakı 3 oyunu – Macarıstandan sonra Belçika və Qazaxıstanla rəsmi görüşləri səfərdə keçirəcəyimizdən, azarkeş dəstəyindən məhrum olacağıq. Buna görə də Macarıstanla Dubaydakı oyun rəqib meydanında bizim üçün yaxşı imtahan olacaq”.
Mehman SÜLEYMANOV

0
0