Əziz Quliyev: Həmin insanla mən yaşayıram, valideynlərim yox - MÜSAHİBƏ
03.02.2011 - 00:11
Azərbaycan yığmasının və “Bakı” klubunun futbolçusu Əziz Quliyev müsahibəsində vaxtilə oynadığı komandalardan və şəxsi həyatından danışıb
- “Alaniya”nın əvəzedicilərində Marat Zublayev adlı məşqçi var, Nazim Suleymanovla tanış idi. Əvvəllər bir yerdə oynayıblar. Onlar danışdılar, məsləhətləşdilər və qərara gəldilər ki, məni milliyə baxışa aparsınlar. Beləliklə, Bakıya gəldim. Yayda gəldiyim üçün burada yalnız iki komanda qalmışdı - "Masallı" və "Karvan". Digər komandalar yeni mövsümə hazırlıq üçün toplanışda idilər. O vaxtı milliyə Şahin Diniyev başçılıq edirdi. Məni bəyəndilər, dedilər, sənə pasport düzəldəcəyik və əsas yığmada çıxış edəcəksən. Bu, mənim üçün irəli addım idi. Çox sevinirdim ki, məni milliyə dəvət ediblər. Danışıqları bitirib məni evə - Vladiqafqaza yola saldılar.
- "Karvan"a gəlişiniz necə oldu?
- Millidə baxışda olanda "Karvan" məni bəyənmişdi. O vaxt 2 variant var idi: ya Serbiyaya getmək, ya da Azərbaycanda qalmaq. Atamla məsləhətləşdim və mənə vətəndə çıxış etməyi məsləhət bildi. "Karvan"ın prezidenti ilə görüşdüm, müqavilə təklif etdi. Buna görə də atama “çox sağ ol” deyirəm ki, düzgün seçim təklif etdi. Bir il "Karvan"da çıxış etdim.
- "Bakı"ya keçidiniz problemsiz ötüşmədi. "Karvan" rəhbərliyi transferinizi niyə əngəlləmək istəyirdi?
- Düzdür, "Bakı"ya keçidim çox çətin oldu. Amma baş tutdu. Düz addım atdığımı düşünürəm. "Bakı"dan təklif gəldi və qəbul etdim. Görünür, belə lazım imiş. Razı olsalar, burada 1 ildə qalmaq istərdim.
- Bəs Vladiqafqazda olarkən, Azərbaycan çempionatını izləyirdiniz?
- Yox, televizorda futbol izləməyi çox sevmirəm. Bütün günü futbolun içindəyəm, üstəlik, evə də gəlib futbola baxanda adam bezər. Amma yığma ilə maraqlanırdım. Kimlər oynayır, necə oynayır...
- Vaqif Cavadov da uzun müddət MOİK-in əvəzedicilərində oynayıb. Onunla tanışdığınız var idi?
- Əlbəttə, dostluq edirdik. "Bakı"da da bir komandadayıq.
- Azərbaycan və Rusiya çempionatında çıxış edən legionerlər arasında nə kimi fərqlər var?
- Fərq ondadır ki, Azərbaycanda ikinci dərəcəli, heç kimə lazım olmayan legioner çoxdur. Rusiyada elə legionerlər alırlar ki, həqiqətən komandaya kömək etsin. Amma burada yerli futbolçudan heç nədə güclü olmayan, hətta zəif olanını alırlar. Bir də axı, çempionatların səviyyə fərqi var.
- "Bakı"ya keçidinizdə sabiq baş məşqçi Bülənt Korkmazın da rolu olub. Amma ondan sonra gələn Cüneyt Biçər sizə şans vermədi...
- Büləntin mənə ümidləri var idi. Ona oyunçu kimi maraqlı gəlirdim. Şans verirdi. Hətta Antalyada toplanışda olanda məni oynatdı, qol da vururdum. Yavaş-yavaş əsas heyətdə yer verməyə başlayırdı. "Birlik kuboku"na getdik, Moskvada da özümü yaxşı göstərdim. Məşqçiyə sübut etdim ki, oynamağa layiqəm. Amma təəssüf ki, sonra Bülənt getdi və Cüneyt gəldi. Bilmirəm niyə, amma o məni psixoloji cəhətdən "sındırmaq" istəyirdi. Onda bu alınmadı. Məni "sındırmaq" çox çətindir. Baxmayaraq ki, 14 tur məni oynatmadı. Hətta məni əvəzedicilərdə oynamağa da buraxmırdı. Məşqlərdə can qoyurdum, çalışırdım, bunu hamı görürdü. Komanda yoldaşlarım da, prezident də.
- Bütün bunlara baxmayaraq, komanda ötən mövsümü yaxşı nəticələrlə bitirdi.
- Həm kuboku qazandıq, həm də çempionatda 2-ci olduq. Çox sağ olsun komanda rəhbərliyi, bizə çox yaxşı pul mükafatları verdilər, bonuslar aldıq. Heç bir komandada belə bonuslar, mükafatlar yoxdur. Cari mövsümdə də artıq öz oyunumuzu tapmağa başlamışıq.
- Vinfred Şaferlə münasibətləriniz necə idi?
- Təzə gələndə bir-birimizi başa düşmürdük. Sonra normal oldu. Məni əvvəl "iqnorirovat" eləyirdi. Məşqlərdə isə can yandırırdım, sübut etmək istəyirdim ki, mən oynamalıyam. Nəhayət ki, mənə də diqqət yetirdi. İnsanın əməyi heç vaxt itmir. Komanda yoldaşlarım hər zaman məni dəstəkləyiblər, onlara təşəkkür edirəm. Müdafiədə oynamaq mənim üçün yenilikdir. Bir az çətinlik çəkirdim, indi artıq öyrəşirəm.
- Dediniz ki, "Bakı"da daha 1 il də qalmaq istərdiniz. Başqa təkliflər var?
- Rusiyadan, Ukraynadan təkliflər var. Bu haqda indi danışmaq istəmirəm. Çünki bununla məşqçilərimə və prezidentimizə hörmətsizlik etmiş olaram. Hə vaxtsa başqa yerə keçsəm, müqavilə imzalasam, o zaman deyərəm.
- Gənc yaşlarında evlənmisiniz. Tələsməmisiniz?
- Xeyr. 19 yaşımda sevib ailə qurmuşam. Üç ildir görüşürdük, bir yerdə oxuyurduq və qərara gəldik ki, evlənək. Uzatmağın mənası nədir ki? Onsuz da evlənəcəkdik. 23 yaşındayam, 2 övladım var. Yoldaşım məndən 1 yaş kiçikdir.
- Yoldaşınız rusiyalıdır. Valideynləriniz etiraz etmədilər?
- Heç kim narazı deyildi. Həmin insanla mən yaşayıram, valideynlərim yox. Əsas odur ki, insan sənin ürəyincə olsun. Milliyyəti fərq etməz. Mən onu sevmişəm, indi də sevirəm. Əksinə, ailəm sevindi ki, mən onun kimi tərbiyəli, oxumuş qızla evləndim. Adı da Lenadır.
- Həyat yoldaşınız İslam dinini qəbul edib?
- Yox, xristiandır. O, provaslavdır, mən müsəlman. Burada elə bir şey yoxdur. Heç təklif etmədim ki, müsəlmanlığı qəbul etsin. Mən millətçi, din fanatı deyiləm. Uşaqlarımız müsəlmandır. Oğlum Samiri sünnət etmişik.
- Ailənizi Bakıya gətirməyi planlaşdırmırsınız?
- İstəyirəm, əlbəttə! Gətirəcəyəm də. Burada ev almağa hazırlaşıram. İstəyirəm övladlarım Bakıda oxusunlar, məktəbə getsinlər. Hazırda tək yaşayıram. Dekabrda ev alacam.

0
0