“Pro” kateqoriyasını kiminsə gözünə girmək üçün almamışam” - MÜSAHİBƏ
03.02.2011 - 00:19
Yunis Hüseynov hələ də işsizliyin daşını ata bilməyib. 2008/09 mövsümünün sonunda "Karvan"dan ayrılandan gənc çalışdırıcı bugünə kimi özünə yeni komanda tapmayıb. Qış fasiləsi olduğundan, srağagün 46 yaşını qeyd edən Hüseynovla əlaqə saxlayıb, həm ad günü münasibəti ilə təbrik etdik, həm də işlə bağlı yeni bir xəbər olub-olmadığını dəqiqləşdirməyə çalışdıq.
- Yada saldığınız üçün çox sağ olun, Allah razı olsun. Hələ ki, bekarçılıqdı. Təklif-filan almamışam, səs-soraq yoxdu. Nə edək, işsizliyin daşını ata bilmirik.
- Belə çıxır ki, sizin "Pro" kateqoriyası almağınız belə, klub rəhbərlərimizin diqqətini cəlb etməyib.
- "Pro" kateqoriyasını kiminsə gözünə girmək üçün almamışam. Bu, özümə lazımdı. Məşqçilik biliyimi artırmaq üçün seminarlara qatıldım, biliklərimi təkmilləşdirdim. Futbol bir yerdə dayanmır. Yeniliklərdən xəbərdar olmaq, geri qalmamaq üçün daim nəsə öyrənməlisən.
- Bu gün aparıcı klublarımıza Kaxaber Sxadadze, Mirça Rednik, Aleksandr Starkov kimi məşqçilər rəhbərlik edir. Hətta elitada qalmaq uğrunda mübarizə aparan "Turan" və "Simurq" belə Ağasəlim Mircavadov, Yunis Hüseynov ola-ola, yadellilərə tapşırılır. Bu, pisinizə gəlmir?
- Pisimizə gəlib-gəlməmək nəyisə dəyişəcək ki? Kim nə edir, özü bilər. Klub rəhbərlərinin işinə qarışa bilmərik. Bircə onu deyə bilərəm ki, bizim də öz vaxtımız gələcək.
- I divizion təmsilçilərindən hansısa sizə təklif göndərsə, razılaşarsız?
- Xeyr. Açığı, buna razı olmaram. Yekəxanalıq kimi çıxmasın, sadəcə, imtina edərəm.
- Bu yaxınlarda Ramiz Məmmədov "Atırau"nun baş məşqçisi təyin olundu. Vaqif Sadıqov isə "Anji"də məşqi kimi fəaliyyət göstərəcək. Bəs, sizin xaricdə işləmək variantınız yoxdu?
- Xeyr. Hələ gözləyirik. İnşallah düzələr. Həmişə belə olmayacaq ki.
- Bildiyimiz qədəri ilə xaricdə qalmağı elə də xoşlamırsız. Amma işsiz olduğunuzu nəzər alsaq, təklif gəlsə, razılaşarsız?
- Daha nə edək? İstəsələr, gedərəm. Məsələn, Rusiya və Türkiyə çempionatlarının I divizionunda işləyərəm.
- Klublarımızın qış hazırlığı, transfer məsələləri ilə maraqlanırsız? Yəni, baş verənlərdən xəbərdarsız?
- Ara-sıra qəzet oxuyuram, televiziya vasitəsi ilə bəzi şeylərdən xəbər tuturam. Amma gündəmi izləmirəm. Kimin nə etdiyi qış fasiləsindən sonra, çempionatdakı oyunlar zamanı bilinəcək.
- Bu sualı ona görə verirəm ki, bəzi klublarımızda əcnəbi baş məşqçilər əsasən öz həmyerlilərini heyətə cəlb etdirlər. Deyək ki, sabah "Xəzər-Lənkəran" rəhbərliyi Mirça Redniki istefaya göndərdi və komandanı sizi tapşırdı. Rumıniyalı mütəxəssisin gətirdiyi həmyerlilərini komandada saxlayarsız?
- Hər məşqçi öz taktikasına, futbol fəlsəfəsinə uyğun futbolçu yığır. Yəqin ki, onu daha çox həmyerliləri qane edir. Sabah mən gəlsəm, mən də öz xoşladığım oyunçuları yığacam. Belə deyək də, futbolçunu hansı məşqçinin transfer etməsi önəmli deyil. Əgər onun gətirdiyi rumın mənim taktikama, oyun anlayaşıma uyğundusa, niyə də komandamda qalmasın? Eləsini saxlayaram. Yaxşı futbolçu milliyətindən asılı olmayaraq, həmişə yaxşı futbolçudu.
- Berti Foqts yığma üzvlərini bir araya yığıb, Dubaya aparıb. Buna münasibətiniz necədi?
- İstər özüm işləyəndə, istərsə də indi bu toplanışın əleyhinəyəm. Bu, klubların maraqlarını tapdalamaq deməkdi. Vaxtsız toplanışların xeyirdən çox ziyanı var.
Mənbə: “Ekspressfutbol” qəzeti

0
0