“Real”ın məşqində dava düşdü
03.02.2011 - 00:24
“Real” klubunun iki futbolçusu Pedro Leon və Fernando Qaqo məşq zamanı mübahisə ediblər. Apasport.az saytının İspaniya mətbuatına istinadən xəbərinə görə, bu səbəbdən hər iki futbolçu baş məşqçi Joze Mourinyo tərəfindən heyətdən kənarlaşdırılıb. Odu ki, hər iki oyunçu dünən Kral kuboku çərçivəsində "Sevilya" ilə keçirilən oyunun iştirak ərizəsinə daxil edilməyib.
Mübahisə məşq əsnasında Qaqonun Leona sərt müdaxləsi ilə start götürüb. Daha sonra futbolçuar davaya başlayıblar. Digər oyunçuların araya girməsilə sovuşan mübahisə paltardəyişmə otağında yenidən qızışıb. Bu dəfə də komanda yoldaşları Qaqo və Leonu ayırıblar. Mourinyo məhz ikinci mübahisədən sonra onları heyətdən kənarlaşdırıb. Portuqaliyalı mütəxəssisin sözügedən oyunçular barəsində hansı qərar verəcəyi maraqla gözlənilir.

0
0