Futbolçumuz Almaniyada poker etdi
03.02.2011 - 10:00
Futbolçumuz Almaniyada poker etdi
Almaniyada təlim-məşq toplanışında olan 17 yaşlı qızlardan ibarət Azərbaycan yığması (U-17) növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, “Burqlenqenfeld” klubunun qızlardan təşkil olunmuş U-17 komandası ilə yoldaşlıq oyunu keçirən yığmamız 8:0 hesabı ilə qalib gəlib.

Qolların yarısını poker edən Olya Şioşvili vurub. Şəfəq Nəsirova, Aliyə Vəliyeva, Kamilla Məmmədova və Suğra Xəlilova hərəyə 1 dəfə fərqləniblər.

Qeyd edək ki, almaniyalı Sissi Raytın çalışdırdığı yığmamız bundan əvvəl Almaniyanın “TV 1880 Nabburq” klubunun qızlardan təşkil olunmuş U-17 komandasına 7:0 hesabı ilə qalib gəlmişdi. Nəsirova, Şioşvili (hərəyə 1 qol) və Vəliyevə (3 qol) həmin görüşdə də almanların qapısına yol tapmışdılar.