Miron Markeviç Azərbaycanla oyunun əhəmiyyətindən danışdı
03.02.2011 - 17:01
Ukraynanın “Metallist” klubunun baş məşqçisi Miron Markeviç Azərbaycan millisi ilə Dubayda keçirdikləri yoldaşlıq görüşünü faydalı hesab edir. Apasport.az saytının məlumatına görə, Xarkov təmsilçisinin çalışdırıcısı Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışının sonunda qalib gəldikləri oyunu (1:0) Avroliqanın 1/16 final mərhələsinə son hazırlıq sayır.
Həmin mərhələdə Almaniyanın “Bayer” klubu ilə görüşəcək “Metallist” Dubayda yığmamızı da nəzərə alsaq, 5 yoxlama oyunu keçirib. Markeviçin sözlərinə görə, bütün bunlar “Bayer”ə qalib gəlmək üçün edilib: “Başqa çıxış yolumuz yoxdur. Axı biz fevralın 17-də Avroliqada oynayacağıq. “Bayer”də çempionat tam axarı ilə gedir. Biz isə bir az qeyri-bərabər şəraitdəyik. Ancaq yoldaşlıq görüşləri hesabına lazımı forma yığmaq istəyirik”.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0