Çernoqoriya çempionu “Neftçi” ilə bacarmadı - YENİLƏNİB
03.02.2011 - 21:05
“Neftçi” Antalya şəhərindəki hazırlıq mərhələsində bu gün son oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Çernoqoriya çempionu “Rudar”la görüşüb.
Əslində, bu oyun fevralın 1-də keçirilməli olsa da, görüş bu günə təxirə salındı. “Neftçi” həmin tarixdə Bosniya və Herseqovinanın “Çelik Zenitsa” klubuna 1:0 hesabı ilə qalib gəlmişdi.
19:15 "Neftçi" - "Rudar" - 2:1
Qollar: Nasimov, 45;.Abdullayev, 47 - İvanoviç, 62
"Neftçi"nin start heyəti: Rauf Mehdiyev, Ruslan Əmircanov, Denis Silva, İqor Mitreski, Tərlan Quliyev, Slavço Georgievski, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Cavid İmamverdiyev, Flavinyo, Bahodir Nasimov.
"Rudar"ın start heyəti: Milan Miyatoviç, Stefan Lutovaç, Bojan İvanoviç, Milivoye Mrdak, İvitsa Françiskoviç, Adziç Vladan, Duşan Miçiç, Predraq Brnoviç, Miroye Yovanoviç, İvitsa Yovanoviç, Veselin Boyiç.
Oyun başlandı.
5-ci dəqiqədə Rəşad Abdullayevin sağ cinahdan ötürdüyü topu Bahodir Nasimov başla qapıya vurdu. Top az qala topa daxil olacaqdı.
Oyun "Neftçi"nin üstünlüyü ilə keçir, amma hələ də qol axtarışları nəticəsiz qalır.
Görüşü "Neftçi"nin prezidenti Sadıq Sadıqov da izləyir.
33-cü dəqiqədə İqor Mitreski arxa xəttdə səhbə yol verdi, rəqib futbolçu topu oğurlayıb, qapıya təhlükəli zərbə endirsə də, dəqiq oynamadı.
35-ci dəqiqədə Bahodir Nasimov real qol şansını qaçırdı. Mirhüseyn Seyidovun ötürməsindən sonra təkbətək çıxan hücumçunun zərbəsi qapı dirəyinin bir neçə santimetrliyindən keçdi.
45-ci dəqiqədə Mirhüseyn Seyidovdan topu qəbul edən Bahodir Nasimov yaxın məsafəsən hesabı açdı - 1:0.
İlk hissə başa çatdı.
Fasilədə Mirhüseyn Seyidovla Rauf Mehdiyevi yeni futbolçular - Rodriqinyo ilə Vitali Kovalyov əvəzləyir.
İkinci hissə başlandı.
47-ci dəqiqədə Rəşad Abdullayev iti bucaq altında yaxın küncə güclü zərbə vurdu - 2:0.
62-ci dəqiqədə Boyan İvanoviçin uzaqdan zərbəsi qarşısıalınmaz oldu - 2:1.
65-ci dəqiqədə Slavço Georgievski, Flavinyo və Rəşad Avdullayevin əvəzinə meydana Araz Abdullayev, Yasin Hima və Ruslan Qurbanov daxil oldu.
Futbolçularımız rəqib qapısı qarşısında dalbadal iki təhlükəli vəziyyət yaratdılar, amma son anda Araz Abdullayev və Ruslan Qurbanovun zərbələri dəqiq olmadı.
79-cu dəqiqədə Elmar Baxşiyev Cavid İmamaverdiyevi əvəzlədi.
84-cü dəqiqədə Denis Silvanın əvəzinə Tural Nərimanov meydana daxil oldu.
86-cı dəqiqədə Ruslan Əmircanov rəqibin təhlükəli hücumunu zərərsizləşdirdi.
Oyun başa çatdı.

0
0