Stüart Pirs: Bizi Azərbaycana çətin səfər gözləyir
03.02.2011 - 17:51
“Seçmə mərhələ hələ uzaqdadır. Çünki bunadək bizi yayda keçiriləcək 2011-ci il Avropa çempionatının final mərhələsi gözləyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Stüart Pirs deyib.
İngilis futbolunun əfsanəvi müdafiəçilərindən olmuş Pirs Avro-2013-ün seçmə mərhələsinin bu gün atılan püşkünə münasibət bildirib: “Seçmə mərhələyə gəlincə, bu bizim üçün daha bir çətin sınaq olacaq. İslandiya bizim kimi Danimarkadakı final mərhələsində oynayacaq. Üstəlik, bizi Azərbaycana çətin səfər gözləyir. Norveçlə Belçikaya qarşı oyunlar da asan olmayacaq. Bizim qarşımızda bir məqsəd var: layiq olduğumuz final mərhələsindəki yerimizi qazanmaq”.
Qeyd edək ki, İngiltərə, İslandiya, Belçika, Norveç və Azərbaycan yığmaları seçmə mərhələnin VIII qrupunda mübarizə aparacaqlar.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0