Qvineya yığmasının hücumçusu “Xəzər Lənkəran”la anlaşdı
03.02.2011 - 20:54
“Xəzər Lənkəran” qış fasiləsində növbəti transferini reallaşdırıb. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisi Qvineya millisinin futbolçusu İbrahim Banqura ilə bir illik müqavilə imzalayıb.
Hücumçu və hücumameylli yarımmüdafiəçi mövqeyində oynayan Banqura son Antalya təlim-məşq toplanışı zamanı özünü yaxşı tərəfdən göstərməyi bacarıb və son yoxlama görüşündə fərqlənib.
28 yaşlı Banquranın çıxış etdiyi son klub Türkiyədə “Konyaspor” olub. Bundan əlavə Qvineyalı futbolçu Türkiyənin “Dənizlispor”, Fransanın “Trua” və “İstr” klublarında da çıxış edib. Artıq uzun müddətdir ki, öz ölkəsinin milli yığmasının heyətinə çağırılan İbrahim bu formada çıxdığı 52 oyunda 19 qol vurmağa nail olub.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0