“Bu vəziyyətdən şikayətçi deyiləm”
04.02.2011 - 00:00
"Bavariya"nın sabiq oyunçusu Luka Toninin baş məşqçi Lui van Qal haqda işlətdiyi tənqidi fikirlərə Almaniyadan cavab gəlib. Apasport.az saytının xəbərinə görə, komandanın təcrübəli kapitanı Filip Lam açıqlamaları ilə Toninin tamamilə səhv danışdığını ifadə edib: "Van Qalla həm mənim, həm digər oyunçuların arası çox əladı. İşini yaxşı gördüyünü düşünürəm və onu dəstəkləyirəm. Onun da futbolçuların işinə həmişə hörmətlə yanaşdığını bilirəm. Onunla çalışmaq insana zövq verir. Hər hansı problemimiz olanda onunla danışmaqdan çəkinmirik. Təbii ki, komandanın kapitanı olmağım mənim məsuliyyətimi birə beş artırır. Buna görə məşqçimizlə digər oyunçulardan daha çox əlaqədə oluram və onun necə biri olduğunu yaxşı bilirəm. Dürüst olmalıyam ki, bu vəziyyətdən şikayətçi deyiləm".
0
0