“Hamı "Neftçi"nin qızıl medalları qazanmasına çalışır”
04.02.2011 - 09:31
“Hamı "Neftçi"nin qızıl medalları qazanmasına çalışır”
"Fiziki, taktiki baxımdan yaxşı hazırlaşdıq. Burada keçirdiyimiz hər 4 yoxlama matçında qələbə qazandıq. Təbii ki, nəticə də bizim üçün vacib idi. Çünki çempionatda qələbələr əldə etməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının "Neftçi" klubunun makedoniyalı yarımmüdafiəçisi Slavço Georgievski deyib.

O, klubun rəsmi internet saytına açıqlama verən çalışdırıcı Antalyadakı ikinci təlim-məşq toplanışı barədə fikirlərini bildirib: “Qələbəni heç də həmişə yaxşı oyunla qazanmırlar. Lap pis oynasaq belə, qalib gəlməliyik. Hələ mövsümqabağı Avstriya və Türkiyədəki təlim-məşq toplanışları zamanı 5-6 aydan sonra çox yaxşı durumda olacağımızı demişdim. Hazırda "Neftçi" sabit oyun nümayiş etdirir. Biz yalnız çempionluq haqqında düşünürük. Kollektivdə hamı bir-birini yaxşı başa düşür. Klub prezidenti, məşqçilər korpusu, oyunçular, inzibati işçilər - bir sözlə, hamı "Neftçi"nin qızıl medalları qazanmasına çalışır. İnanıram ki, çempionatın sonuna qədər hazırda qərarlaşdığımız birinci pilləni əldən verməyəcəyik".

Qeyd edək ki, Makedoniya milli komandasının da şərəfini qoruyan Georgievski Premyer Liqanın arxada qalan hissəsində "Neftçi"nin heyətində hamıdan çox meydanda olub