Çernoqoriyalı mütəxəssis Rəşad Abdullayevi təriflədi
04.02.2011 - 09:45
Çernoqoriyalı mütəxəssis Rəşad Abdullayevi təriflədi
"Neftçi" ilə matç çox ağır oldu. Mən rəqibdən belə güclü oyun gözləmirdim. Paytaxt təmsilçisi xüsusilə ilk 15-20 dəqiqədə çox yaxşı hücumlar qururdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çernoqoriya çempionu "Rudar"ın baş məşqçisi Neboyşa Viqnyeviç deyib.

Türkiyənin Antalya şəhərində "Neftçi" ilə yoxlama oyunu keçirən çernoqoriyalıların çalışdırıcısı bakılıların rəsmi internet saytına açıqlama verib: “Düzdür, biz təlim-məşq toplanışına yenicə başlamışıq. Komandamdan razıyam. Ona görə ki, "Rudar" əsasən gənclərdən təşkil edilib. Həm də "Neftçi"nin gücü ilə müqayisədə, komandam bundan artıq heç nə edə bilməzdi. Hiss olunur ki, "Neftçi" təşkilatlanmış klubdur. Rəqibin heyətində kapitanı fərqləndirərdim. O, oyunboyu yetirmələrimi təzyiq altında saxlamağı bacardı".

Qeyd edək ki, “Rudar”la oyunda “Neftçi”nin kapitanı Rəşad Abdullayev olub.
0