Yığmamız 6 ildir uduzmur
07.02.2011 - 14:30
Yığmamız 6 ildir uduzmur
Fevralın 9-da dünyanın yaşıl meydanları milli komandaların iştirakı ilə keçiriləcək yoldaşlıq oyunlarını qəbul edəcək. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan yığması həmin gün Macarıstan futbolçularını sınağa çəkəcək.

Bu, Berti Foqtsun yetirmələrinin 2011-ci ildə ilk matçı olacaq. Düzdür, bunadək daha çox ikitərəfli oyun xarakteri daşıyan Ukrayna “Metallist”i ilə qarşılaşma da olub. Lakin məşq tipli həmin görüş rəsmi yoldaşlıq oyunu sayılmırdı. Bu isə o deməkdir ki, yığmamız ilə iki gündən sonra başlayır.

İlk oyununu 1992-ci ildə keçirən komandamız üçün bu, 20-ci dəfə ilin 1-ci qarşılaşması olacaq. Əksər hallarda isə yoldaşlıq matçı ilə başlayan yığmamızın seçmə oyunu və ya beynəlxalq turnirlə “siftə” etdiyinin də şahidi olmuşuq. 7-ci dəfə ili neytral meydanda başlayan futbolçularımız son illər “siftə”ni kifayət qədər uğurlu edirlər. 2005-ci ildə uzaq Trinidad və Tobaqoda alınan məğlubiyyətdən sonra komandamız heç vaxt startda büdrəmir. Həmin matçdan isə təxminən 6 il keçib. Bu müddətdə millimiz 5 “siftə”dən 4-də heç-heçə edib, 1-də qalib gəlib.

17 sentyabr 1992. Gürcaani. YO. Gürcüstan – Azərbaycan 6:3
25 may 1993. Gəncə. YO. Azərbaycan – Gürcüstan 1:0
19 aprel 1994.Ta Qali. YO. Malta – Azərbaycan 5:0
29 mart 1995. Koşitse. AÇSO. Slovakiya – Azərbaycan 4:1
15 fevral 1996. Larnaka (Kipr). YO. Estoniya – Azərbaycan 0:0
1 mart 1997. Larnaka (Kipr). YO. Azərbaycan – Estoniya 0:2
22 mart 1998. Bakı. YO. Azərbaycan – Moldova 1:0
6 mart 1999. Larnaka (Kipr). YO. Azərbaycan – Estoniya 2:2
6 fevral 2000. Ta`Qali. BT. Malta – Azərbaycan 3:0
15 fevral 2001. Albena (Bolqarıstan). YO. Özbəkistan – Azərbaycan 2:1
20 fevral 2002. Sofiya. YO. Bolqarıstan – Azərbaycan 3:0
12 fevral 2003.Podqoritsa. AÇSO. Serbiya və Çernoqoriya – Azərbaycan 2:2
18 fevral 2004. Ramat–Qann. YO. İsrail – Azərbaycan 6:0
21 yanvar 2005. Port-of-Speyn. YO. Trinidad və Tobaqo – Azərbaycan 1:0
28 fevral 2006. Bakı. YO. Azərbaycan – Ukrayna 0:0
7 fevral 2007. Karşi. YO. Özbəkistan – Azərbaycan 0:0
3 fevral 2008. Antalya (Türkiyə). YO. Azərbaycan – Qazaxıstan 0:0
1 fevral 2009. Dubay (BƏƏ). YO. Azərbaycan - Özbəkistan 1:1
25 fevral 2010. Əmman. YO. İordaniya - Azərbaycan 0:2

Qeyd: YO – yoldaşıq oyunu, BT – beynəlxalq turnir, AÇSO – Avropa çempionatının seçmə oyunu.