Messi məşqdən kənarlaşdırıldı
07.02.2011 - 15:14
“Barselona” klubunun futbolçusu Lionel Messi Argentina millisinin məşqindən kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, bu qərarı yığmanın baş məşqçisi Serxio Batista verib.
Messinin Portuqaliya ilə fevralın 9-da keçiriləcək yoldaşlıq oyununun hazırlıqlarından kənarda qalmasına əzələsini dartması səbəb olub. Futbolçunu qorumağı lazım bilən Batista ehtiyatlı tərpənərək, onun məşq etməsinə icazə verməyib. Hələlik oteldə qalıb fizioterapevtlə hazırlıq keçən Lionelin Portuqaliya ilə matçda oynayıb-oynamayacağına aydınlıq gəlməyib.

- Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama
- “Şaxtyor” ev oyunlarını Türkiyədə keçirə bilər – Arda Turan amili
- “Qalatasaray”ın matçı hansı kanalda? - TV AFİŞA
- Şir axtarışı İngiltərə mətbuatında: “Qalatasaray”ın stadionuna yaxındır"
- Emeri: “Meydanın vəziyyəti bəhanə olmamalıdır”
0
0