Flavinyo: Qələbə “Neftçi” üçün çox vacibdir
07.02.2011 - 17:47
Flavinyo: Qələbə “Neftçi” üçün çox vacibdir
“Neftçi” klubunun legioneri Flavinyo “Xəzər-Lənkəran”la oyun öncəsi iddialı açıqlama verib. Apasport.az-ın klubun saytına istinadən xəbərinə görə, braziliyalı futbolçu özünü fevralın 13-də baş tutacaq görüşə tam hazır sayır.

“Təbii ki, bu bir derbi oyunudur. Belə görüşlərdə uduzmaq hər zaman futbolçulara pis təsir edir. Bu oyunda mütləq qələbə qazanmalıyıq. Gözəl təlim-məşq toplanışı keçmişik. Komandamızın heyətinə güclü futbolçular cəlb edilib. Bu qələbə "Neftçi" üçün çox vacibdir” –deyə Flavinyo bildirib.
O, həmçinin qeyd edib ki, qələbə sayəsində “Xəzər Lənkəran” xal fərqi artacaq: “Bu matça tam hazıram. Baş məşqçimiz şans versə, çalışacağam ki, meydanda 90 dəqiqə mübarizə aparmaqla, komandama əlimdən gələn köməyi edim. "Xəzər-Lənkəran"la oyun mənim üçün çox vacibdir”.