Kamran Ağayev: Bir il də getdi
09.02.2011 - 00:00
Kamran Ağayev: Bir il də getdi
Bu gün Azərbaycan və Macarıstan milliləri arasında keçiriləcək yoldaşlıq oyunu yığmamızın qapıçısı Kamran Ağayev üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın kapitanı qapıda əlavə stimulla dayanacaq.

Məsələ ondadır ki, Kamran 25 yaşını qeyd edir. Yubiley günündə qapısının toxunulmazlığını düşünən Ağayev şamlarla bəzənmiş tort haqda da fikirləşəcək. Həmin tortun şamlarını macarların, yoxsa qapıçımızın yandıracağı isə saat 21:00-da başlayacaq matçda məlum olacaq.

Qeyd edək ki, oyun ərəfəsində daha bir futbolçu doğum günü qeyd edib. Yığmamızın milliləşdirilmiş legioneri Aleksandr Çertoqanovun fevralın 8-də 31 yaşı tamam olub.