“Əsas odur ki, ehtiyat oyunçular skamyamız genişlənib”
08.02.2011 - 18:04
“Əsas odur ki, ehtiyat oyunçular skamyamız genişlənib”
“II dövrə başlayır. Yaxşı hazırlaşmışıq. İlk oyunumuz AZAL-ladır. Onlara sona qədər müqavimət göstərəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.

İlk “altılıq” iddiası ilə çempionata start verən, amma sonradan qeyri-sabit çıxışı ilə yadda qalan “Gəncə” artıq məqsədində dəyişiklik edib. Əyalət təmsilçisi indi Premyer Liqadakı yerini qorumaq haqda düşünür. Elə edilən transferlər də komandanın taleyi ilə barışdığına işarədir. Çünki yaydan fərqli, Fuad İsmayılov bu dəfə gənclərə üstünlük verib. Komandanın qış transfer siyasətini dəyərləndirən təcrübəli futbolçu əsas heyət oyunçularının yükünün bir qədər azalacağını düşünür: “Yerli futbolçularla güclənmişik. Heyətə cəlb edilənlər gənclərdir. Vacib olan odur ki, ehtiyat oyunçular skamyamız genişlənib. Artıq gücümüzü bölüşdürə biləcəyik”.

Zədəsini tamamilə sağaltdığını qeyd edən Sultanov şans veriləcəyi təqdirdə meydana çıxmağa hazır olduğunu qeyd edib: “Zədəm tam sağalıb. Heç bir problemim yoxdur. Etimad göstəriləcəyi təqdirdə, çıxıb oynayacağam”.