Rəşad Sadıqov: İndi heç kimi aldatmaq istəmirəm - MÜSAHİBƏ
08.02.2011 - 20:30
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun Dubaya ezam olunmuş azərbaycanlı jurnalustlərə müsahibəsi
- Macarıstan yığması ilə sabahkı yoldaşlıq görüşü haqda nə düşünürsünüz? Kapitan hazırlığı necə dəyərləndirərdi?
- Bu gün Macarıstan yığmasının Finlandiya millisi ilə oyununu izlədik. Macarlar həmin səfər görüşündə 2:1 hesabı ilə qalib gəlib. Onlar həmin oyunda yaxşı təsir bağışladılar. Mən Macarıstan yığmasını Avstriyaya bənzədərdim. Həmin oyun üslubunda bir komandadır. Bizə asan olmayacaq. Qarşıda Belçika ilə səfərdə rəsmi oyunumuz var. Bu ağır oyun öncəsi əhval-ruhiyyəni qaldırmaq, Türkiyə üzərində son qələbəmizdən sonra bizə olan inamı, yığmadakı ab-havanı itirməmək üçün əlimizdən gələni edəcəyik. İnşallah, sabah məğlub olmamağa çalışacağıq.
- Belçika ilə Macarıstan yığmaları arasında müqayisə aparmaq olar?
- Yox. Bu iki oyun tam fərqli olacaq. Belçika da iddialıdır. Qarşıdakı 2-3 oyundan maksimum xalla ayrılmaq haqda danışırlar. Bu məqsədə çatmaq istəyirlər. Qrupumuzda hər 4 komandanın 2-ci yerlə çıxmağa şansı var. Macarıstanla oyun isə yoldaşlıq görüşü xarakteri daşıyır. İstər-istəməz tribunalar da boş olmayacaq. Yəni eyni ab-hava, atmosfer olmayacaq. Bununla belə, sabahkı oyun Belçika ilə görüş öncəsi son imtahanımızdır.
- “Əskişəhərspor”dan milliyə gələndən sonra əhval-ruhiyyəniz necədir?
- Normal. Hər şey qaydasındadır. “Əskişəhərspor”dakı problemlərin, söhbətlərin hamısını başımdan atmışam. Çünki burada mühüm oyundur. Mən yığmanın kapitanıyam və bütün diqqətimi Macarıstanla oyuna yönəltmişəm. Sabahkı görüşə yüz faiz hazırlaşmaq istəyirəm. Həm fiziki, həm də psixoloji cəhətdən tam hazır olmaq fikrindəyəm.
- Azərbaycanda “transfer pəncərəsi”nin bağlanmasına bir neçə gün qalıb. “Əskişəhəspor”da qalmaq söhbətinin qapandığını düşünmək olarmı?
- Mən indi heç kimi aldatmaq istəmirəm. Hələ “transfer pəncərəsi”nin bağlanmasına 3-4 gün var. Təbii ki, “Əskişəhərspor”dakı indiki durumum məni qane etmir. Ancaq bunu normal qarşılayıram. Çünki mən zədələnəndən sonra komanda 6-7 oyun uğurlu çıxış etmiş, müdafiəçilər də yaxşı oynamışdılar. Baş məşqçimiz Bülənt Uyğunu da qınamıram.
- “Qalatasaray”a 2:4 hesabı ilə uduzduğumuz son oyunda müdafiəçiləriniz çox səhv etmişdi...
- Buna görə də “Əskişəhərspor”a qayıdacağam və orda bəzi şeylərə aydınlıq gələcək.
- Klub karyeranız bağlı millimizin baş məşqçisi Berti Foqtsla söhbətləşmək fikriniz var?
- Klub barəsində burada ümumiyyətlə, danışmaq istəmirəm. Bütün fikrimi yığmaya yönəltmişəm. İndi başımı artıq söhbətlərə qatmaq istəyirəm. Sabah yığmamızın vacib oyun gözləyir.
Mehman SÜLEYMANOV

0
0