“Foqtsla Adamsı müqayisə edə bilmərəm”
08.02.2011 - 23:37
Azərbaycan yığmasının və “Qəbələ” klubunun debütantı Murad Hüseynovun Dubaya ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibəsi
- İlk dəfədir milli komandamızın təlim-məşq toplanışına qatılmısınız. Təəssüratlarınız necədir?
- Təəssüratlarım müsbətdir. Yığma tam fərqli səviyyədir və burada oynamaq imkanı qazanıram. Millinin məşqləri maraqlıdır və güclü olduğumu sübuta yetirməyə çalışacağam.
- Berti Foqtsun iş metodlarında nəyi qeyd edə bilərsiniz?
- Hər halda, Foqts Avropa səviyyəli mütəxəssisdir və onun iş metodları seçilir. Bu, beynəlxalq səviyyəli oyundur. Mən Rusiyada, Serbiyada oynamışam. Bunlar başqa səviyyədir. Orada məşqlər də, ağır yükləmələr, topla oyun fərqlənir.
- Macarıstan yığması ilə sabahkı oyuna hazırlıq zamanı ikitərəfli oyunda əsas komandada sınandınız. Əsas heyətdə meydana çıxmağa özünüzü hazır sayırsınız?
- Bəli. Ümid edirəm ki, millidə debütüm olacaq. Buna köklənib, ciddi hazırlaşacağam. Yığmada oynamağa hazır olduğumu sübuta yetirməyə çalışacağam.
- Hücumdakı tərəfdaşlarınızı necə dəyərləndirərdiniz?
- Hamısı güclü futbolçulardır. Axı bu, yığma komandadır və rəqabət hər yerdə olduğu kimi, burda da böyükdür. Millidə zəif futbolçular yoxdur. Hamısı Azərbaycanın ən yaxşı futbolçularıdır. Buna görə hər futbolçu hər oyunda güclü olduğunu sübut etməlidir.
- Qış fasiləsində “Qəbələ” klubuna keçdiniz. Bununla milli komandamızda möhkəmlənmək şansınızı necə sayırsınız?
- Yəqin ki, bununla artacaq. Çünki Azərbaycan çempionatında oynamağımla yığmanın baş məşqçisi məni daha yaxından izləmək imkanına malik olacaq. Harada oynayırsansa, yaxşı çıxış etməlisən. O, səni dəvət edirsə, deməli, oyununu izləyir. Buna görə də harada oynamağının ciddi fərqi yoxdur. Sadəcə, Azərbaycanda oynamağımla göz qabağında olacaqsan. Etimadı doğrultmağa çalışacağam.
- “Qəbələ”yədək Almaniyanın “Fortuna” klubuna baxışa yollansanız da, düşə bilmədiniz. Bunun səbəbini nədə görürsünüz?
- Bilmirəm. Uzun müddət məşq etməmişdim. Buna görə də 2-ci Bundesliqa üçün lazımı oyun kondisiyalarım yox idi. Öz üzərimizdə çalışıb, gələcəkdə yenidən xaricdə oynamağa çalışarıq.
- Foqtsla “Qəbələ”də baş məşqçin Toni Adamsı müqayisə edə bilməzsiniz?
- Yox. Hər ikisi dahi məşqçidir. Hərəsi özünə görə yaxşıdır. Məşq metodları fərqlənir.
Mehman SÜLEYMANOV

0
0