Ramiz Məmmədovu Türkiyədə saxladılar
09.02.2011 - 15:03
Azərbaycanlı məşqçi Ramiz Məmmədovun çalışdırdığı Qazaxıstanın “Atırau” klubunun qış hazırlıq planında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərindəki ikinci təlim-məşq toplanışını dünən başa vurub geri dönməli olan atıraulular kurort bölgəsindən ayrılmayıblar. Buna toplanışın vaxtının dəyişdirilməsi səbəb olub.
Yanvarın 25-də başlayan ikinci toplanışı fevralın 8-də bitirməli olan “Atırau”nun rəhbərliyi yola gərəksiz yerə pul və vaxt xərcləməməyi lazım bilib. Belə ki, daha 12 gün – fevralın 20-dək Antalyada qalmağa qərar verilib.
Qeyd edək ki, Məmmədovun komandası Qazaxıstan çempionatına sifariş vərəqini fevralın 27-də təqdim etməlidir.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0