Berti Foqts Rəşad Sadıqovun “Qarabağ”a qayıdışına sevinir
10.02.2011 - 10:00
Berti Foqts Rəşad Sadıqovun “Qarabağ”a qayıdışına sevinir
“Mən şadam ki, Rəşad Sadıqov “Qarabağ”a qayıdaraq, oyun praktikası yığacaq. Bu, mənim üçün çox vacibdir. Ancaq başqa tərəfdən, sual verirəm ki, millimizin kapitanı nə üçün “Əskişəhərspor”da heyətə düşmür?”. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqst deyib.

Almaniyalı mütəxəssis Macarıstan yığmasına 0:2 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə apasport.az-ın əməkdaşının kapitan Rəşad Sadıqovun vətənə qayıdışı ilə bağlı sualını cavablandırdı. Onsuz da Foqts xaricdə oynayan futbolçuların azlığından gileyləndiyi halda, komandasının liderinin Türkiyənin “Əskişəhərspor” klubunun yollarını ayırması onda narahatlıq doğurmalıdır: “Rəşad Sadıqov niyə geri qayıdır? O, hansı səbəbdən “Əskişəhərspor”da heyətə düşmür? Baş məşqçisi ilə şəxsi münasibətlərində problemi var? Bu sualların cavabını sizdən məndən yaxşı, gözəl bilirsiniz. Rəşadı sonuncu dəfə oktyabrda Türkiyə yığması ilə oyunda görmüşəm. Bundan sonra uzun müddət zədəli olub, cəmi 1 rəsmi oyun keçirib. Rəşad hazırda öz üzərində işləməlidir. Özü hiss edir ki, sürəti həminki deyil. Futbolçu sürətli olmayanda təkbətək mübarizəyə getmir. Təəssüflər olsun ki, indi çatışmazlıqları var. Bunun üzərində də işləmək lazımdır. Rəşad oyun praktikası olmamağı baxımından “Qarabağ”a qayıdışına şadam. Biz martda görüşəndə Azərbaycan çempionatında 3-4 tur oynanılacaq”.

Mehman SÜLEYMANOV