Azərbaycan çempionu da moldovalıları uda bilmədi
10.02.2011 - 09:41
Bakının “İnter” klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında son yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kaxaber Sxadadzenin yetirmələri Moldovanın “Olimpiya” klubu ilə qarşılaşıb. Ötən ilin yayında Avropa Liqasında “Xəzər Lənkəran”la 2 dəfə heç-heçə edən (0:0 və 1:1) Beltsı təmsilçisi bu dəfə də “sülhsevərlik” nümayiş etdirib. Belə ki, “İnter”in moldovalılarla oyununda qapılara qol vurulmayıb – 0:0.
Qeyd edək ki, son Azərbaycan çempionu bu gün Türkiyədən geri qayıdacaq.
Qeyd edək ki, son Azərbaycan çempionu bu gün Türkiyədən geri qayıdacaq.
0
0