“Birlik kuboku”nun bombardiri 3 penalti izlədi
10.02.2011 - 10:09
Azərbaycan Premyer Liqasının iştirakçıları qeyri-adi hadisənin şahidi olublar. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkovun rəhbərlik etdiyi Latviya yığmasının Boliviya ilə yoldaşlıq oyunu penaltilər baxımından zəngin olub. Belə ki, görüşdə vurulan hər 3 qol penaltidən vurulub. Starkovun yetirmələrinin 2:1 hesabı ilə qalib gəldiyi matçda “Qarabağ”ın futbolçusu Andrey Rubin, AZAL-ın yeni transferi Ritus Krjauklis və “İnter”in heyətində “Birlik kuboku”nun bombardiri olan Girts Karlson da meydana çıxıblar. Krjauklis 90, Rubin 71 dəqiqə meydanda olmaqla hər 3 qola şahid olubsa, Karlson 77-ci dəqiqədə komanda yoldaşlarından birini əvəzləyib. O, hər 3 qolu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, bu qarşılaşma Starkovun “Bakı”nın baş məşqçisi kimi Latviya yığmasındakı ilk oyunu idi.
Qeyd edək ki, bu qarşılaşma Starkovun “Bakı”nın baş məşqçisi kimi Latviya yığmasındakı ilk oyunu idi.
0
0