Kruqlov Estoniyanı qələbədən məhrum etdi
10.02.2011 - 10:21
Bakının “İnter” klubunun futbolçusu Dmitri Kruqlov Estoniya yığmasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, universal cinah oyunçusu Estoniya yığmasının Bolqarıstanla yoldaşlıq oyununda forma geyib. Start heyətində meydana çıxan Kruqlov 90+1-ci dəqiqədə əvəzlənib. Görüş isə 2:2 hesabı ilə başa çatıb ki, bütün qollar penaltidən vurulub. Hər Estoniyalılar 2 dəfə hesabda irəli çıxsa da bərabərlik qolunu buraxıblar. 83-cü dəqiqədə buraxılan son qol isə Kruqlovun günahı üzündənvurulub. Belə ki, onun müdafiə zamanı topa əllə müdaxiləsi penalti ilə nəticələnib.
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0