Rudolf Gergey: Azərbaycan yığmasını udduq, növbə Hollandiyanındır
10.02.2011 - 10:46
“Mən qarşımda boşluq hiss etdim. Zolitol Gera da bunu görüb, mənə yaxşı ötürmə etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Macarıstan yığmasının futbolçusu Rudolf Qerqey deyib.
Azərbaycan milli komandası ilə yoldaşlıq oyununda (2:0) hesabı açan futbolçu matçdan sonra həmin epizodu şərh edib: “Həmin an qapıçının da yerini tərk etdiyini gördüm. Belə imkandan yararlanmamaq olmazdı. Özümü çox yorğun hiss edirəm. Amma qələbə qazanmağımız mənə təskinlik verir. Ən əsası odur ki, komandamız bir yerdə oldu. Biz birimizi meydanda və ondan kənarda yaxşı başa düşürük. Azərbaycanı belə udduq, indi əsas məsələ Hollandiyaya qol vurmaqdır”.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0