“Neftçi”nin futbolçusu “2” aldı
10.02.2011 - 11:27
“Neftçi”nin futbolçusu “2” aldı
Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular Makedoniya və Kamerun milli komandaları arasındakı yoldaşlıq oyununun iştirakçıları olublar. Apasport.az saytının məlumatına görə, afrikalıların 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda “Neftçi” və “İnter” klubunun üzvləri İqor Mitreski və Filip Despotovski də forma geyiniblər.

Start heyətində meydana çıxan İqor kamerunluların əfsanəsi Samuel Eto’Onun əlini sıxmaq imkanı da qazanıb. Onlar matçdan əvvəl ənənəvi görüşmək zamanı bu proseduru yerinə yetiriblər. Filip isə yalnız fasilədən sonra meydanda peyda olub. Samuelin 53-cü dəqiqədə əvəzləndiyi görüşdə İqor 62 dəqiqə oynayıb.

Futbolçuların oyununu dəyərləndirən Makedoniya mətbuatı Despotovskiyə 1,5, Mitreskiyə 2 verib. Həmkarlarımız, ümumiyyətlə öz oyunçularının hamısına 1,5 və 2 qiymətinə layiq biliblər.