Berti Foqts imtina etdi, ruslar münasibət bildirdi
10.02.2011 - 11:43
Ruslar Emin Mahmudovu Azərbaycan yığmasına vermək fikrində deyillər. Apasport.az saytının məlumatına görə, “Saturn”un dağılmasından sonra Moskva “Spartak”ına keçən gənc yarımmüdafiəçinin Rusiya millisində oynamaq şansını yüksək dəyərləndirilir.
Rusiya Futbol İttifaqının (RFİ) idman direktoru Nikolay Pisarev bildirib ki, 18 yaşlı Mahmudovu ölkələrində saxlamağa çalışacaqlar: “Bu futbolçu xoş gələcək vəd edir. Əlbəttə, bunun üçün Mahmudovu Rusiyada saxlamaq lazımdır. İnanıram ki, bunu bacaracağıq”.
Azərbaycanda anadan olan Mahmudov Rusiyanın aşağı yaş qruplarında çıxış edib.
Qeyd edək ki, dünən baş tutan Macarıstan – Azərbaycan görüşündən sonra milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts da onun yığmamıza lazım olmadığını bildirmişdi.

0
0