“Azərbaycanla belə oynadıqsa, Hollandiya ilə də bacararıq” - FOTO
10.02.2011 - 12:35
“Azərbaycanla belə oynadıqsa, Hollandiya ilə də bacararıq” - FOTO
“Azərbaycanla oyunun birinci hissəsi daha çox xoşuma gəldi. Xüsusilə, Cucak-Laçko cütlüyünün oyununu qeyd edə bilərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Macarıstan futbolunun veteranı Tornyi Barnabas deyib.

Hazırda macar televiziyaları üçün şərhçilik edən mütəxəssis Azərbaycanla yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb: “İkinci hissədəki oyun daha çox yarımmüdafiənin üzərində qurulmuşdu. Ağırlıq daha çox Tamaş Haynalın üzərinə düşürdü ki, o da yaradıcılıqla məşğul idi. Düşünürəm ki, Şandor Eqervarinin komandasının belə ruh yüksəkliyi ilə oynaması bizi ümidləndirə bilər. Azərbaycanla belə oynadıqsa, Hollandiya ilə də bacararıq. Bunun üçün bir az uğur da tərəfimizdə olmalıdır. Onda Hollandiya ilə başabaş mübarizə apararıq”.

Qeyd edək ki, Macarıstan yığması Dubayda baş tutan matçda millimizi 2:0 hesabı ilə məğlub edib.