“Neftçi” rəsmiləri azarkeşlərlə görüşdü - FOTO
10.02.2011 - 13:14
“Xəzər Lənkəran”la derbi öncəsi “Neftçi” rəsmiləri və futbolçuları “Flaqman” və “UltraNeftçi” fan-klublarının ofisinə baş çəkərək, onlarla görüşüblər. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, görüşdə “ağ-qaralar”ın baş məşqçi Arif Əsədov, futbolçular - yeni transfer, braziliyalı Rodriqinyo, özbəkistanlı Bahodir Nasimov, makedoniyalı Slavço Georgievski, Cavid İmamverdiyev və Ruslan Qurbanov iştirak ediblər.
Əsədov çıxışında təlim-məşq toplanışı barədə məlumat verib və keçdikləri yüksək səviyyəli hazırlığın komandanın oyununda özünü əks etdirəcəyini bildirib.
Futbolçular isə azarkeşlərə təşəkkür edərək, onlardan qarşıdakı oyunlarda dəstək istəyiblər. Georgievski meydanda azarkeşlərə görə mübarizə apardıqlarını, qələbəni onlar üçün qazandıqlarını bildirib. Nasimov da “ağ-qara” rənglərə könül verənlərə “Xəzər-Lənkəran”la oyunda kimin qol vurmasından asılı olmayaraq, qələbə qazanacaqlarına söz verib.
Öz nəbvəsində “Flaqman” və “UltraNeftçi” fan-klublarının rəhbərləri Ceyhun Bədəlzadə ilə Ceyhun Əzizli də komandaya uğurlar arzulayıblar.
Qeyd edək ki, “Neftçi” - “Xəzər Lənkəran” matçı fevralın 13-də baş tutacaq.

0
0