Kabusa döndülər
10.02.2011 - 13:41
Azərbaycanla yoldaşlıq oyununda 2:0 hesabı ilə qalib gələn Macarıstan yığması yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, şərqi avropalılar komandamızla matçlarda ən amansız rəqib adını qazanıb.
Belə ki, macarlar 5-ci görüşdə də futbolçularımızı meydandan başıaşağı yola salıblar. Buna isə millimizlə qarşılaşan heç bir yığma nail olmayıb.
Söhbət xal itirmədən ən azı 5 qələbə qazanmaqdan gedir. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki matçadək Rumıniya ilə şərik olan (hərəyə 4 oyunda 4 qələbə) Şandor Eqervarinin yetirmələri bu dəfə 2 cavabsız qol vurmaqla, mütləq rekordçu olublar.
Qeyd edək ki, yığmamızı 5 (Slovakiya, Uels, Polşa), hətta 7 (Finlandiya) dəfə məğlub edənlər də var. Lakin onlardan ən azı 1 dəfə xal ala bilmişik.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0