“İnter”in futbolçularının fikri oyunda deyilmiş
10.02.2011 - 13:55
“Komandanın 8 futbolçusu müxtəlif yığmaların heyətindədir. Bu üzdən “Olimpiya” ilə oyunda əsasən gənclərə şans verməli olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Moldovanın “Olimpiya” klubu ilə yoldaşlıq matçından (0:0) sonra gürcüstanlı mütəxəssis heç-heçənin səbəblərini açıqlayıb: “Toplanışın sonudur. Belə vəziyyətdə oynamaq həmişə çətindir. “Olimpiya” ilə qarşılaşmada da sürət-zad, heç nə yox idi. Bu da başa düşüləndir. Futbolçular meydanda fikirləri evdə, ora tez çatmaqdadır”.
Sxadadze ümumilikdə toplanışdan razı qalıb: “Hazırlıq yaxşı keçdi. Şükür Allaha ki, zədələnən yoxdur. Bu ən əsas məsələdir. Ümid edirəm ki, yığmadakılar da sağlam qayıdacaqlar”.

0
0