“Neftçi” və AZAL “Top-10”a 2 futbolçu ilə düşdü
10.02.2011 - 15:18
“Neftçi” və AZAL “Top-10”a 2 futbolçu ilə düşdü
2 gündən sonra Azərbaycan Premyer Liqasında mövsümün II hissəsinə start veriləcək. Çempionatın həlledici hissəsi ərəfəsində apasport.az saytı Premyer Liqa tarixinin ən çox qol buraxan qapıçılarının siyahısını açıqlayır.

Mövsümün startı ilə müqayisədə siyahının tərkibində dəyişiklik olmayıb. Düzdür, ilk 19 turda meydana çıxan qapıçıları buraxdığı topların sayını artırmağa, bəziləri isə “irəliləməyə” də nail olublar. Belələri isə cəmi 5 nəfər olub.

Lakin “Neftçi”nin “Kartalspor”un ehtiyat oyunçular skamyasından transfer etdiyi Vitali Kovalyovun da adı ilk “onluq”dadır. Paytaxt təmsilçisinin digər yaşlı qapıçısı Rauf Mehdiyev də ən çox qol buraxanlar sırasındadır. Bakının digər klubu AZAL da “Neftçi”dən geri qalmayaraq, “onluq”da 2 qapıçı ilə təmsil olunub.

1. Faiq Əzizov - 225
2. Nadir Şükürov - 224
3. Rövşən Əliyev - 209
4. Cahangir Həsənzadə - 202 (9)
5. Elşən Poladov – 198 (5)
6. Fərhad Vəliyev – 195 (13)
7-8. Nizami Sadıqov - 188
Rauf Mehdiyev – 188 (5)
9. Vitali Kovalyov - 186
10. Ruslan Quliyev - 182
11. Kənan Qarayev - 180
12-13. Tomis Əsədov - 173
Elşad Tahirov - 173
14. Vladimir Kopeykin - 172
15. Hüseyn Məhəmmədov - 158
16. Eldəniz Hüseynov - 151
17. Rauf Salamov - 150
18. Davud Kərimi – 148 (9)
19. Etibar Tarıverdiyev - 139
20. Anar Bayramov - 137

Qeyd: mötərizədə cari mövsüm buraxılan qollar göstərilib.