“Neftçi” MOİK-i gücləndirir
10.02.2011 - 15:45
“Neftçi” daha 2 futbolçusunu icarəyə verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, əvəzedici heyətdə çıxışlarını davam etdirən hücumçu Fərid Quliyevlə 2012-ci il iyuluna qədər yeni müqavilə imzalanıb. Lakin o, cari mövsümü icarə əsasında Zaqatalanın “Simurq” komandasında başa vuracaq.
Həmçinin, “Neftçi”nin digər üzvü - Tural Nərimanov da paytaxt klubunun düşərgəsini tərk edib. Müdafiəçi icarə əsasında mövsümün sonuna qədər MOİK-in şərəfini qoruyacaq.
Qeyd edək ki, bir müddət öncə “ağ-qaralar” 4 futbolçusunu - Eşqin Quliyev, Orxan Həsənov, Slavik Alxazov və Ruslan Tağızadəni “Abşeron” klubuna icarəyə vermişdi.

- “Yuventus” “Atletiko”nun hücumçusunu transfer etmək istəyir
- “Beşiktaş”ın sabiq baş məşqçisi Fransa klubuna keçir
- "Barselona" "Mançester Siti"nin müdafiəçisini transfer etmək istəyir
- Türkiyə - Belçika matçı bu kanalda - TV AFİŞA
- “Qalatasaray”ın vitse-prezidenti: “Osimhenin zədəsi xroniki xarakter daşıyır”
0
0