İker Kasilyasdan yeni rekord
10.02.2011 - 16:23
İspaniya yığmasının qapıçısı İker Kasilyas tarixə düşüb. Apasport.az saytının məlumatına görə, “buğalar”ın Kolumbiya millisi ilə keçirdikləri yoldaşlıq matçında forma geyinən “Real”lı çərçivə qoruyucusu yeni rekord müəyyənləşdirib.
O, evdə 1:0 hesabı ilə qalib gəldikləri oyunda yığmasının heyətində meydana çıxmaqla, sabiq “Barselona”lı Andoni Subisarettanın rekordunu qırıb. 158-ci dəfə “qırmızı” formanı geyinən Kasilyas kolumbiyalılarla qarşılaşmadan sonra həmkarını 1 matç qabaqlayıb.
Qeyd edək ki, İker İspaniya yığmasının heyətində 14 yaşında – 1996-cı ili martında debüt edib. Arxada qalan 15 ildə 41 dəfə gənclərdən ibarət millidə çıxış edən Kasilyas 117 dəfə əsas komandanın heyətində yer alıb.

- “Yuventus” “Atletiko”nun hücumçusunu transfer etmək istəyir
- “Beşiktaş”ın sabiq baş məşqçisi Fransa klubuna keçir
- "Barselona" "Mançester Siti"nin müdafiəçisini transfer etmək istəyir
- Türkiyə - Belçika matçı bu kanalda - TV AFİŞA
- “Qalatasaray”ın vitse-prezidenti: “Osimhenin zədəsi xroniki xarakter daşıyır”
0
0