2451 futbolçuya 234 milyon avro
10.02.2011 - 17:43
FİFA qış fasiləsində qeydə alınan transferlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, beynəlxalq qurum yanvarda 2451 futbolçu keçidini qeydə alıb. Bu da 1 ilə əvvəllə müqayisədə 2 dəfə çoxdur. Ümumilikdə, transferlərə 234 milyon avro pul xərclənib.
Qeyd edək ki, ən bahalı transferləri Londonun “Çelsi” klubu həyata keçirib. Onlar hücumçu Fernando Torres və müdafiəçi David Luizi heyətlərinə qatmaq üçün 72 milyon funt-sterlinq ödəyiblər. Sonuncu futbolçunun “Benfika”dan “Çelsi”yə keçidi “transfer pəncərə”sinin bağlanmasına cəmi 2 dəqiqə qalmış baş tutub.

- “Yuventus” “Atletiko”nun hücumçusunu transfer etmək istəyir
- “Beşiktaş”ın sabiq baş məşqçisi Fransa klubuna keçir
- "Barselona" "Mançester Siti"nin müdafiəçisini transfer etmək istəyir
- Türkiyə - Belçika matçı bu kanalda - TV AFİŞA
- “Qalatasaray”ın vitse-prezidenti: “Osimhenin zədəsi xroniki xarakter daşıyır”
0
0