Stadionda bədbəxt hadisə: 117 azarkeş yaralandı - FOTO
19.02.2011 - 13:05
Stadionda bədbəxt hadisə: 117 azarkeş yaralandı - FOTO
Perunun paytaxtı Limada futbol stadionunda bədbəxt hadisə baş verib. Apasport.az saytının məlumatına görə, gənclər komandalarının oyunundan öncə stadion dəmir konstruksiyaları dağılıb. Hadisə zamanı görüşü izləməyə gələn 500 azarkeşdən isə 117-si xəsarət alıb.

Peru rəsmiləri azarkeşlərin çoxunun elə də ciddi zədələnmədiklərini bildirirlər. Son məlumatlara görə, onlardan 12 fanatın vəziyyəti ağırdır.

Qeyd edək ki, stadion rəhbərliyi və əlaqədar qurumlar hadisənin səbəblərini araşdırılar.