Yığmamızın sabiq futbolçusu Litvada oynaya bilər
19.02.2011 - 13:16
Yığmamızın sabiq futbolçusu Litvada oynaya bilər
Azərbaycan millisinin sabiq futbolçusu Yuru Muzika karyerasının Litvanın “Suduva” komandasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu baxışdan keçmək üçün Mariyampole təmsilçisinin düşərgəsinə təşrif buyurub. Onun bu gün “Sokul Sokulki” komandası ilə yoxlama görüşündə “Suduva”nın heyətində meydana çıxması gözlənilir.

Qeyd edək ki, Muzika Azərbaycanda “Karvan”, “İnter” və “Olimpik” komandalarında çıxış edib.