Milli komandamız Gürcüstanla heç-heçə etdi
19.02.2011 - 16:37
Milli komandamız Gürcüstanla heç-heçə etdi
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Sissi Raytın yetirmələri Gürcüstan yığması ilə yoldaşlıq görüşü keçiriblər.

“Bakı” klubunun təlim-məşq bazasının meydançasında baş tutan qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan futbolçuları 2 gün öncə də üz-üzə gəlmişdilər. Həmin matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Mənbə: affa.az