Yığmamız “Bazel”lə bacarmadı
20.02.2011 - 11:10
Yığmamız “Bazel”lə bacarmadı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Vəli Qasımovun yetirmələri İsveçrənin “Bazel” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 1:0 hesabı ilə İsveçrə təmsilçisinin xeyrinə başa çatıb.

Mənbə: affa.az