“Xeyli ötürmə səhvlərinə yol verdik”
20.02.2011 - 11:39
“Xeyli ötürmə səhvlərinə yol verdik”
“Yeni yaranmış komanda üçün belə beynəlxalq oyunların keçirilməsi çox yaxşı haldır”. Apasport.az saytının məlumatına görə. Bu sözləri 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Sissi Rayt deyib.

Almaniyalı mütəxəssis Gürcüstan yığması ilə Bakıda keçirilən yoldaşlıq oyunu haqda fikirlərini AFFA-nın rəsmi internet saytına açıqlayıb: “Qarşılaşmanın gedişində xeyli ötürmə səhvlərinə yol verdik. Fiziki cəhətdən də problemlərimiz var. Qısa zaman ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan – Gürcüstan oyununda qapılara qol vurulmayıb – 0:0.