Qaldırıcı kran stadiona aşdı
20.02.2011 - 13:24
Qaldırıcı kran stadiona aşdı
Almaniyanın Leverkuzen şəhərində xoşagəlməz hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Mersedes-Bens Arena” stadionunun tikinti meydanında qaldırıcı kran aşıb. Bu nəhəng qurğu stadionun damının da bir hissədsini əzib. Kranın operatoru 20 metrdən yıxılaraq ağır xəsarət alıb.

Qeyd edək ki, baş verən hadisə Almaniya çempionatının bu gün keçiriləcək “Bayer” – “Ştutqart” oyununa mane olmayacaq.