Ronaldo Mahir Şükürovun yanına gələ bilər
20.02.2011 - 13:50
Ronaldo Mahir Şükürovun yanına gələ bilər
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubu super transferi Roberto Karlosun təqdimat mərasimini keçirib. Apasport.az saytının məlumatına görə, 38 yaşlı braziliyalı tədbir zamanı iddialı olduğunu gizlətməyib: “Rusiya çempionatı çətin yarışdır. Lakin əminəm ki, güclü komanda qurub çempion olacağıq. İnanıram ki, çoxlu qol vuracağam və bu “Anji” üçün möhtəşəm olacaq”.

Karlos yaxın dostu “Yekədiş” ləqəbli Ronaldonun karyerasını bitirməsinə də münasibət bildirib: “O, karyerasını bitirməyə qərar verəndən sonra onunla danışmışam. Bu, onun qərarıdır. Ronaldo karyerasını erkən bitirən yeganə oyunçu deyil. Məsələn, Zidanı yada salaq. Lakin düşünürəm ki, onu fikrindən daşındırıb “Anji”də oynamağa razı sala bilərəm. Özüm isə karyeramı elə burada başa vuracağam”.