Azərbaycan çempionu 6-cı oldu
20.02.2011 - 14:12
İlia Kandelaki Bakının “İnter” klubunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, gürcüstanlı futbolçunun Azərbaycan Premyer Liqasının XXI turunun MOİK-lə oyununda vurduğu qol yubiley əhəmiyyəti kəsb edib. Belə ki, 76-cı dəqiqədə fərqlənən Kandelaki “İnter”in Azərbaycan çempionatlarında 400-cü qolunun müəllifi olub. 1999-cu ildən “Xəzər Universiteti”, 2004-cü ildən indiki adı ilə çıxış edən bkılılar bu matçadək 397 qol vurmuşdu. Darmadağındakı 3-cü qol isə yubiley topu kimi tarixə düşüb.
Qeyd edək ki, “İnter” çempionatlar tarixində 400 qol həddini aşan 6-cı komanda olub. Son Azərbaycan çempionuna qədər “Neftçi”, “Gəncə”, “Qarabağ”, “Turan” və “Bakı” bunu bacarmışdı.
Qeyd edək ki, “İnter” çempionatlar tarixində 400 qol həddini aşan 6-cı komanda olub. Son Azərbaycan çempionuna qədər “Neftçi”, “Gəncə”, “Qarabağ”, “Turan” və “Bakı” bunu bacarmışdı.
0
0