“Neftçi”nin qapıçısından növbəti cəhd
20.02.2011 - 14:25
“Neftçi”nin qapıçısından növbəti cəhd
Bakının “Neftçi” klubunun qapıçısı Rauf Mehdiyev ardıcıl 4 oyundur qapısından qol buraxmır. Apasport.az saytının məlumatına görə, 35 yaşlı qapıçı Azərbaycan Premyer Liqasının XXI turunun “Simurq”la qarşılaşmasında qol buraxmamaqla quru seriyasını 374-ə çatdırıb. Sonuncu dəfə ötən il dekabrın 11-də baş tutan “Bakı” ilə görüşdə qapısında top görən Rauf 71 gündür bu seriyanı davam etdirir. Həmin matçın 76-cı dəqiqəsində Mehdiyevi Jaba məyus etmişdi.

Qeyd edək ki, bu, Raufun mövsümün rekordunu müəyyənləşdirmək üçün 2-ci cəhdidir. Veteran qapıçı çempionatın 5 ən uzun seriyası arasında 1 dəfə adını yazdırıb. İndi o, həm mövsüm üçün şəxsi rekordunu yeniləməyə, həm də ən yaxşılar sırasında irəliləməyə yaxındır.

Məvsümün ən uzun 5 seriyası
1. Pavel Doroşev (“Qəbələ”) – 952
2. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
3. Paulius Qribauskas (“Neftçi”) – 549
4. Cahangir Həsənzadə (AZAL) – 455
5. Rauf Mehdiyev (“Neftçi”) – 432