AFFA nümayəndələri Tural Hacıyevin yas mərasimində iştirak ediblər
20.02.2011 - 15:28
AFFA nümayəndələri Şəmkirə səfər ediblər. Apasport.az saytının məlumatına görə, səfərin səbəbi “Şəmkir” klubunun qapıçısı Tural Hacıyevin vaxtsız vəfatıdır. Assosiasiyanın əyalətə ezam olunan üzvləri yas mərasimində iştirak ediblər. Onlar vaxtsız vəfat edən 29 yaşlı futbolçunun ailəsinə və yaxınlarına AFFA adından başsağlığı verib kədərləndiklərini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XXI turunun oyunları Hacıyevin ölümü ilə əlaqədar olaraq 1 dəqiqəlik sükutla başlayır.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XXI turunun oyunları Hacıyevin ölümü ilə əlaqədar olaraq 1 dəqiqəlik sükutla başlayır.
0
0