Qurban Qurbanov: Burada heç bir komanda rahat qalib gələ bilməz
20.02.2011 - 15:50
"Oyundan qabaq da demişdim ki, bu oyun "Qəbələ" ilə oyundan 2-3 dəfə ağır olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
39 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXI turunun “Gəncə” ilə oyunu (1:0) haqda fikirlərini açıqlayıb: “Burada heç bir komanda rahat qalib gələ bilməz. "Gəncə" klubu əvvəlki oyunlarda da yaxşı nəticə göstərmişdi. Bizim üçün çox vacib olan 3 xalı qazandıq, qalib gəldik. Komandam sonadək mübarizə apardı, çatışmazlıqlar olsa da, qələbə qazandığımız üçün futbolçularımı təbrik edirəm. "Gəncə" klubuna uğurlar arzulayıram, inanıram ki, gələcəkdə daha da yaxşı oyun göstərib azarkeşlərini sevindirəcəklər".
Mənbə: pfl.az

0
0