Fuad İsmayılov futbolçulardan razı qaldı
20.02.2011 - 15:55
Fuad İsmayılov futbolçulardan razı qaldı
"Gəncə" klubunun baş məşqçisi Fuad İsmayılov komandasından razı qalıb. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı Azərbaycan Premyer Liqasının XXI turunun “Qarabağ”la oyunundan sonra matç haqda fikirlərini açıqlayıb.

İsmayılov 0:1 hesablı məğlubiyyətə baxmayaraq futbolçularını qınamayıb: "Qarabağ" klubunu qələbə münasibəti ilə təbrik edirəm. Məğlub olmağımıza baxmayaraq, komandam 90 dəqiqə yaxşı mübarizə apardı”.

Mənbə: pfl.az