Azərbaycan çempionatında yeni rekord
20.02.2011 - 16:07
Azərbaycan Premyer Liqasının 2010/11 mövsümündə yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, XXI turun Gəncədəki qarşılaşmasında eyniadlı komandanı məğlub edən “Qarabağ” rekord müəllifi olub.
Belə ki, bu qonaqların ardıcıl 6-cı qələbəsi olub. Bu seriya mövsümün ən yüksək göstəricisidir. XXI turadək “Neftçi”nin 5 oyunluq qələbə seriyasına şərik olan “Qarabağ” artıq həmin nəticəni arxada qoydu.
Qeyd edək ki, paytaxt təmsilçisi mövsümün startında – 2-6-cı turlarda qələbələri sıralayıb.

0
0