“Rəvan” da “Abşeron”la bacarmadı
20.02.2011 - 16:41
“Rəvan” da “Abşeron”la bacarmadı
Bu gün Azərbaycan çempionatının I divizionunda daha 3 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın lideri olan “Abşeron” klubu ən yaxın izləyicisi “Rəvan”la qarşılaşıb. Mirbağır İsayevin yetirmələri məğlubiyyətsiz oyunlar seriyasını bu səfər matçında da davam etdiriblər – 1:0. Turun digər matçlarında “Energetik” “Şuşa” ilə qolsuz heç-heçə edibsə, MKT Araz” “Şahdağ”ı darmadağın edib – 4:0.

"Energetik" - "Şuşa" - 0:0

MKT "Araz" - "Şahdağ" - 4:0
Söhrab Məmmədzadə, 47; Rafiq Koçaliyev, 65; Elxan Məmmədov, 90+1; Rəmzi Məmmədov, 90+3

"Rəvan" - "Abşeron" - 0:1
Ramil Nuriyev, 62

Qeyd edək ki, bu gün keçirilməli olan “Ədliyyə” – “Karvan” oyunu təxirə salınıb.

1 Abşeron 15 13 2 0 40-1 41
2 Rəvan 15 12 1 2 34-6 37
3 Neftçi İSM 15 10 3 2 27-9 33
4 Bakılı 14 8 2 4 23-16 26
5 MKT Araz 15 8 2 5 24-22 26
6 Şahdağ 15 6 5 4 26-16 23
7 Sumqayıt 15 6 3 6 16-21 21
8 Karvan 13 4 4 5 15-16 16
9 Anşad Petrol 14 4 4 6 21-25 16
10 Ədliyyə 14 3 4 7 13-31 13
11 Şəmkir 14 2 4 8 6-15 10
12 Göyəzən 15 2 2 11 12-32 8
13 Şuşa 15 1 4 10 8-28 7
14 Energetik 15 1 4 10 9-36 7